12 C
Baku
Monday, November 25, 2024

Timesheet (cədvəl) nədir?

0

Have a Question?

“Timesheet” – işçinin iş vaxtının uçotudur. “Timesheet” dedikdə, işçinin müəyyən bir müddət üçün tapşırıqlarını və onlara nə qədər vaxt sərf etdiyini qeyd etdiyi cədvəl və ya jurnaldır (müasir dövrdə daha çox elektron formada olur). Bu məlumatlar ayrı-ayrı işçilərin (utilizasiya, hər bir işçiyə düşən gəlir) və layihələrin (icra müddəti, xərc, mənfəət) göstəricilərini hesablamağa imkan verir. İş vaxtının təhlili həmçinin iş prosesinin optimallaşdırılmasına da kömək edir.

Tarix

“Timesheet”lər 19-cu əsrdə Avropa və ABŞ-da işçilərin effektivliyini qiymətləndirmək və saatlıq əməkhaqqının hesablanmasını asanlaşdırmaq üçün yaradılıb. Sovet insanları bu sistemlə tanışdır, çünki o dövrdə “iş vaxtının tabeli” var idi. 20-ci əsrin ortalarında işə gələrkən və işdən çıxarkən işçilərin kartlarına avtomatik olaraq vaxt yazılırdı.

Tənqid

“Timesheet” alətinin bir sıra çatışmazlıqları var: işçilər onları doldurmağı unudurlar və ya həftəsonu başa çatmış işlərə nə qədər vaxt sərf etdiklərini xatırlaya bilmirlər. Bundan əlavə, insan hərmişə vaxtını adekvat qiymətləndirə bilmir: məsələn, cansıxıcı işlərə sərf olunan vaxt olduğundan daha uzun görünür.