7 C
Baku
Thursday, December 12, 2024

BI-sistemi (biznes analitikası) nədir?

0

Have a Question?

BI-sistemi (Business Intelligence) – biznesin vəziyyəti haqqında məlumatların toplanması, təhlili, vizualizasiyası və işlənməsi üçün alətlər və texnologiyalar məcmusudur.

Daha sadə desək, bu, fərqli mənbələrdən olan məlumatları rahat və başa düşülən analitikaya çevirən tətbiqlər sinfidir.

BI-sistemlərdən top-menecerlər, satış şöbəsinin işçiləri, maliyyəçilər və şirkətin digər strukturları istifadə edə bilərlər. Şirkət rəhbərliyi gəlirli və gəlirsiz iş sahələri kəşf edə, plan qura, onların icrasını qiymətləndirə, kadr işçiləri – hər bir menecerin səmərəliliyini izləyə, maliyyəçilər – borcalanların krediti ödəyib-ödəməməsinə nəzarət edə, logistika mütəxəssisləri – təchizat idarəetmə planı hazırlaya bilər.

BI-sistemi bütün İT-sistemlərinə qoşulur və lazımi məlumatları özünə yükləyir. Bunun sayəsində analizin nəticələri dərhal şirkətin işçiləri tərəfindən alınır.

Nüanslar

BI-sistemləri həm kommersiya, həm də ictimai sektorda istifadə olunur. “TAdviser” analitika nəşrinin baş redaktoru Aleksandr Levaşovun sözlərinə görə, BI-sistemləri maliyyə sektoru, ticarət və ictimai sektorun müştəriləri arasında ən çox tələb olunur. Həm də dərman, qida emalı, enerji və telekommunikasiya sektorlarında rast gəlinir.

2021-ci ildə BI-sistemləri sahəsində əsas tendensiya məqsədli proqnozlaşdırmadır. Əvvəllər “Business Intelligence” sistemləri müxtəlif faktorları təhlil edirdi və onlara əsaslanaraq şirkətin inkişaf vektorunu təyin edirdi. İndi bu məsələyə baxış bucağı kəskin dəyişib: iş adamları məqsəddən başlamaq və ona uyğun olaraq parametrləri dəyişdirmək istəyirlər.

Başqa sözlə, əvvəllər müəssisələr vəziyyətə təsir edən meylləri anlamağa çalışırdılar, amma indi BI alətləri müştərini hədəf dəyərlərə aparacaq fəaliyyətləri proqnozlaşdırmağa və planlaşdırmağa imkan verir.

Fakt

BI-sistemlər arasında “Microsoft”, “Tableau” və “Qlik” platformaları populyardır. Eyni zamanda “Zoomdata”, “Sisense”, “Information Builders” sistemlərinə də tələbat var.