15 C
Baku
Sunday, November 24, 2024

“Too big to fail” nədir?

0

Have a Question?

“Too big to fail” – fəaliyyətinin miqyasına görə iflası iqtisadiyyat üçün əhəmiyyətli nəticələrə səbəb olan institutları təsvir etmək üçün istifadə olunan beynəlxalq maliyyə terminidir.

Bu konsepsiyanın müəllifi dəqiq müəyyən olunmasa da, iqtisadçı Hayman Minski, ABŞ konqresmeni Stuart Mak-Kinni və FED-in İdarə Heyətinin sədri Ben Bernank ilə əlaqələndirilir.

Bu termin Amerikanın ən böyük investisiya bankı Lehman Brothers-in müflis olması ilə əlaqədar 2008-ci il qlobal maliyyə və iqtisadi hadisələrdən sonra daha fəal şəkildə istifadə olunmağa başladı.