8 C
Baku
Wednesday, November 6, 2024

Torpaq sahəsinin kad­astr uçotuna alınmas­ından hansı hallarda imtina edilə bilər?

0

Have a Question?

(Sualı Azərbaycan Respublik­asının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövl­ət Xidməti​ cavablan­dırır)

Aşağıdakı hallarda daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul etməkdən imtina edə bilər:

• təqdim olunmuş sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (düzəlişlər edilmiş (sözün üzərindən xətt çəkilmiş, pozulmuş) və bu düzəlişlər barədə rəsmi qeydlər aparılmamış sənədlər təqdim edildikdə və ya məzmunu barədə fikir yürütməyə imkan verməyən korlanmış sənədlər təqdim edildikdə);

• müvafiq​ ərizə​onu​ verməyə​ ixtiyarı​olmayan​ şəxs​ tərəfindən​verildikdə;

• daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;

• daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda.