9 C
Baku
Saturday, January 18, 2025

Uçot dərəcəsi

0

Have a Question?

Yenidən maliyyələşdirmə dərəcəsi (uçot dərəcəsi) – Mərkəzi bankın kommersiya banklarını pul kütləsi ilə təmin etməsidir. Belə ki, mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Qaydalara əsasən, belə kreditlər banklara likvidliyin qorunması və cari öhdəliklərin icrası üçün bir gecəlik (overnight) ayrılır.

Yenidən maliyyələşdirmə dərəcəsi ölkə iqtisadiyyatının vəziyyətini tənzimləyən ən təsirli alətlərdən biridir. Dərəcənin aşağı salınması iqtisadiyyatın stimullaşdırılmasına gətirib çıxarır. Kreditlər ilk olaraq banklar, daha sonra şirkətlər və ən sonda isə istehlakçılar üçün ucuz xarakter alır. Məhsul və xidmətlərə tələbat artır, iqtisadi artım baş verir.

Lakin dünya iqtisadiyyatı tsikllərlə inkişaf edir. Və iqtisadi yüksəlişin müəyyən mərhələsində bazarın həddindən artıq yüklənməsi baş verir. Nəzarətedici orqanlar dağıdıcı düşüşlərin qarşısını almaq, dövri dalğalanmaları aradan qaldırmaq üçün müəyyən tədbirlər görür. Sözügedən bu tədbirlərin ən birincisi yenidən maliyyələşdirmə dərəcəsinin yüksəldilməsinin köməkliyi ilə iqtisadi proseslərin dondurulmasıdır.

Belə bir vəziyyətdə əks proses baş verir: kreditlər bahalaşdığından kreditləşmə həcmi azalır. Buna da uyğun olaraq, şirkətlər istehsalatın inkişafı üçün daha az borc götürür. Bu zaman istehlakçı kreditləşməsi də azalır. İqtisadiyyat ümumilikdə ləngiyir. Belə hesab olunur ki, bunun köməkliyi ilə qlobal iqtisadi böhranlardan qaçmaq və yaxud müəyyən mənada onların nəticələrini yumşaltmaq mümkün olur.

Bununla yanaşı, yenidən maliyyələşdirmə dərəcəsi əhəmiyyətli dərəcədə valyuta bazarına təsir edir. Onun enməsi valyutanın zəifləməsinə gətirib çıxarır. Təsəvvür edək ki, Böyük Britaniyada dərəcə 5% azaldılır. Bu zaman uçot dərəcəsinin endirilməsinə görə funt sterlinqli qısa müddətli investisiyalar az sərfəli olur. Forvard müqavilələrin kotirovkaları da avtomatik olaraq enir. Funtun cari məzənnəsi də enir. Lakin inflyasiya və sş kimi digər amillər nəzərə alınmazsa, yenidən maliyyələşdirmə dərəcəsinin artımı valyutanı daha cəlbedici edir.

https://www.cbar.az/infoblocks/corridor_percent