17 C
Baku
Sunday, May 5, 2024

Valyuta bazarı nədir?

0

Valyuta bazarı nədir?

Valyuta bazarı – xarici valyutanın alqı-satqısı ilə əlaqəli maliyyə əməliyyatlarının ardıcıllığıdır.

Valyuta – müəyyən ölkənin pul vahididir, beynəlxalq ödənişlərin bir növüdür. “Xarici valyuta” dedikdə, istənilən xarici ölkənin valyutası nəzərdə tutulur. Beləliklə, xarici valyuta – xarici dövlətin qənuni əsasda ödəniş etmək vasitələrindən biridir.

Valyuta məzənnəsi – dəyəri digər dövlətlərin əskinasları ilə müəyyən edilən əskinasın dəyəridir.
Xarici valyutanın alqı-satqısı banklar arasında, habelə bank və müştəri arasında həyata keçirilə bilər. Valyuta bazarındakı proseslərdə iştirak edən şəxsin və ya təşkilatın hüquqi statusu “rezident” və ya “qeyri-rezident” kateqoriyası ilə müəyyənləşir.

Rezident – müəyyən bir ölkədə daim yaşayan fiziki şəxs, habelə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış hüquqi şəxs.
Qeyri-rezident – xaricdə yaşayan fiziki şəxs, habelə həmin xarici ölkənin qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış hüquqi şəxs.

Valyuta bazarının əsas funksiyaları:

1) milli sismtelər arasında qarşılıqlı əlaqə yaratmaqla dövlət pulunun beynəlxalq dövriyyəsinə xidmət üçün optimal şərtlərin modelləşdirilməsi;
2) optimal məzənnənin yaradılması (təklif və tələbə əsasən)
3) valyuta və kredit risklərinin idarə edilməsi, spekulyativ manipulyasiyalardan qorunma;

Dünya valyuta bazarı

Dünya valyuta bazarı – beynəlxalq əlaqələrin ən səmərəli şəkildə tənzimlənməsini təmin edən xüsusi mexanizmdir. Qeyd edək ki, dünya valyuta bazarı beynəlxalq kommersiya və kapitalın beynəlxalq hərəkəti sahəsində fəaliyyət göstərir. Struktur baxımdan dünya valyuta bazarının özünün koordinasiya sistemi var. Bu sistem valyuta əməliyyatlarının realizəsinə xidmət göstərir, eyni zamanda dünya valyuta bazarının proseslərində iştirak edən şəxslərə nəzarət edir.