Have a Question?
Valyuta məzənnəsi (valyuta kotirovkası) – milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiymətidir.
Valyuta məzənnəsinin üç növü var:
- Birbaşa məzənnə – bu və ya digər valyutanın ABŞ dollarına olan nisbətini ifadə edir. Məsələn, EUR/USD= 1.12125 Bu məzənnə, 1 avronun 1.12125 ABŞ dollarına bərabər oldugunu ifadə edir
- Dolayı məzənnə (əks kotirovka) – xarici valyutanın bir vahidinə daxil olan dolların sayını göstərir. Bu kotirovka ənənəvi olaraq İngiltərə funtları, avro, Avstraliya və Yeni Zelandiya dolları üçün istifadə olunur. Məsələn, GBP/USD 1,75 o deməkdir ki, siz bir funt sterlinqi 1,75 dollar qiymətinə ala bilərsiniz.
İngilis funtunun kotirovkasına adətən “kabel” deyirlər – Atlantik okeanın dibi boyunca Köhnə Dünyadan Yeni Dünyaya və əksinə çəkilmiş kabelin şərəfinə.
- Çarpaz məzənnə (kross) – valyutanın digər valyuta ilə birbaşa mübadiləsi olmadığı halda istifadə edilir. Məsələn, manat-ABŞ dolları və ABŞ dolları-Avstraliya dolları kotirovkası var, lakin manat-Avstraliya dolları kotirovkası yoxdur. Belə olduqda, mübadilə üçüncü ölkənin valyutası vasitəsilə həyata keçirilir (ABŞ dolları ilə).
Beynəlxalq valyuta bazarı Forex adlanır.