Have a Question?
Valyuta nəzarəti – dövlət tərəfindən milli valyuta bazarına qanunvericilik üsulları ilə təsir göstərmək üçün həyata keçirilən tənzimləmə tədbirlərinin məcmusudur. Bir qayda olaraq, valyuta nəzarəti tədbirlərinə aşağıdakılar daxildir:
-ölkə ərazisində xarici valyuta ilə həyata keçirilən hesablaşmaları tənzim edən sistem;
-valyuta dəyərlərinin alqı-satqısının lisenziyası;
-valyutanın dövlət sərhədlərindən hərəkətinə nəzarət sistemi;
-ixrac-idxal əməliyyatları üzrə hesablaşma nəzarəti sistemi.
Valyuta nəzarəti milli valyutası sərbəst konvertasiya olunmayan ölkələrdə həyata keçirilir.