Have a Question?
Vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Bildirişdə göstərilən məlumatlar:
– vergi ödəyicisinin adı və ya obyektin adı;
– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
– bildirişin tarixi;
– bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri;
– verginin növü, hesablanmış verginin və faizlərin məbləği;
– verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;
– verginin ödənildiyi yer və üsul;
– verginin hesablanmasına əsas olmuş hallar;
– şikayət etmə qaydası.
Əsaslandırma: Vergi Məcəlləsinin 84.0-cı maddəsi