19 C
Baku
Sunday, May 5, 2024

Yol çekləri nədir?

0

Yol çekləri nədir?

Yol çekləri (traveler’s cheque) – emitentin (bankın, maliyyə institutun, turizm şirkətinin) çekdə göstərilən məbləği ödəmək öhdəliyini əks etdirən sənəd. Ən məşhur emitentlər sırasına American ExpressTravelex daxildir.

Yol çekləri – pul saxlamağın və daşımağın ən etibarlı yoludur, əsas da böyük alış zamanı (məsələn, avtomobil); mağaza, ticarət mərəzləri, otel, kafe və restoranlarda istifadə olunurlar. Qeyd edək ki, yol çeki müddətsiz olur, buna görə bəziləri onlara sərmayə qoymağı üstünlük verir.

Cheque 1

Cheque 2

Onlar itirilə bilməyən pul kimi qələmə verilir. Belə ki, çek oğurlandığı, zədələndiyi və ya itirildiyi təqdirdə, dünyanın istənilən ölkəsində bərpa edilir ki, bu da səyahət edənlər üçün xüsusilə əlverişlidir.

Yol çeklərini haradan və necə alırlar

Yol çeklərini bank və emitentlər ilə əməkdaşlıq edən digər təşkilatlarda əldə etmək mümkündür. Qeyd edək ki, çekləri yerli valyutaya çevirəndə  çox vaxt 5% komissiya tutulur, lakin bu mütləq şərt deyil.

American Express çekləri

1850-ci ildə qurulan American Express maliyyə şirkəti kredit və ödəniş kartlarının, o cümlədən yol çeklərinin buraxılışı ilə məşğuldur; dünyanın 145 ölkəsində fəaliyyət göstərir.

Hər il dünyada bu şirkət vasitəsilə 300 milyondan çox çek nağdlaşdırırlır. 2008-ci ildə American Express-in xalis mənfəəti 2,63 milyard dollar təşkil edib. Şirkət müştərilərinə funt sterlinq, avro, dollar, rial və digər valyutalarda çek təklif edir. Bildiyimiz kimi, 1986-cı ilə qədər American Express çekləri ekyu valyutasında buraxırdı – Avropa İqtisadi Birliyin vahid valyutası.