“Epay”ın xəzinədarı məşhur şirkətin 30 min manatını mənimsəyib

Xəzinədar məşhur şirkətin pullarını mənimsəyib.

Report agentliyinin xəbərinə görə, “Easy Pay” MMC-nin direktor müavini Əhməd Abdullayev polisə müraciət edərək MMC-nin xəzinədarı Z.Səttarovun şirkətə məxsus 30 min manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Easy Pay” (“Epay”) MMC elektron ödəniş operatorudur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər