14 C
Baku
Thursday, March 28, 2024

“Epson” Rusiya və Belarusa tədarükü dayandırır

Yaponiyanın sürətçıxarma maşınları istehsalçısı “Epson” Ukrayna böhranı fonunda Rusiya və Belarusa mal ixracını dayandırdığını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkət həmçinin BMT və Qırmızı Xaç vasitəsilə böhrandan zərər çəkənlərə 1 milyon dollar ödəyəcəyini əlavə edib.

“Epson” idarəetmə fəlsəfəsinin əsasını təşkil edən etimad və insan hüquqlarına hörmət prinsiplərinə sadiqdir. Bununla əlaqədar biz məhsullarımızın Rusiya və Belarusa ixracını dayandırmaq qərarına gəldik. “Epson Group” tərəfləri münaqişəyə dərhal son qoymağa çağırır”, – deyə mesajda bildirilib.

Həmçinin bildirilir ki, şirkət öz işçiləri arasında ianə kampaniyasına başlayacaq, toplanan vəsaitlər Qızıl Xaç Cəmiyyətinə göndəriləcək.

Son xəbərlər
Digər xəbərlər