Norveçin neft və qaz qrupu “Equinor” Rusiya ilə birgə müəssisələrdən çıxdıqdan sonra iki ay ərzində 1.08 milyard dollar itirib, Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
“Rusiya bazarından çıxmaq işçilərimizə böyük təsir edəcək və bu rübdə ölkədəki aktivlərimizin dəyərdən düşməsi ilə nəticələnəcək”, – mesajda deyilir.
Şirkətin verdiyi açıqlamada xalis mənfəətinin 2021-ci ilin eyni dövründəki 5.22 milyard dollar olduğu halda 18.4 milyard dollar olduğu bildirilib. “Equinor”un verdiyi məlumata görə, buna Avropaya qaz tədarükünü artırmaq üçün istehsalın yüksək səviyyəsi kömək edib.
Eyni zamanda mart ayında şirkət Avropaya qaz ixracını 1.4 milyard kubmetr artırmağa söz verib.
“Equinor” – 1972-ci ildə Norveç Parlamentinin qərarı ilə özəl dövlət şirkəti kimi təsis edilmiş beynəlxalq enerji şirkətidir. O, Avropanın ikinci ən böyük neft və qaz istehsalçısıdır.