1 C
Baku
Saturday, December 14, 2024

“Equinor”a yeni vitse-prezident təyin olunub

Norveçin enerji şirkəti “Equinor” Beynəlxalq Kəşfiyyat və Hasilat (EPI) üzrə yeni icraçı vitse-prezidentin təyin olunmasını elan edib.

“Equinor”dan verilən məlumata görə, bu vəzifədə Al Kuku (Al Cook) Filipp Fransua Matye (Philippe François Mathieu) əvəz edib.

Qeyd olunur ki, Filipp Fransua Matye gələn il, yanvarın 1-dən öz vəzifəsini yerinə yetirməyə başlayacaq.

Filipp Fransua Matye 1995-ci ildə “Equinor”a qoşulduqdan sonra bir çox biznes sahələrində və coğrafi regionlarda rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Equinor” Azərbaycanda Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində (7.27%) və Bakı-Tbilisi-Ceyhan neft kəməri konsorsiumunda (8.71%) təmsil olunub.

Bununla yanaşı, SOCAR və “Equinor” şirkətləri arasında 2018-ci ilin may ayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər