6 C
Baku
Monday, December 16, 2024

“Equinor”un mənfəəti 2.5 dəfə artıb

Cari ilin birinci rübündə Norveçin “Equinor” neft-qaz şirkətinin xalis mənfəəti 4,714 mlrd. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,5 dəfə çoxdur.

“Equinor” üzrə cari ilin birinci rübündə karbohidrogenlərin gündəlik hasilatı 2,106 mln. barel (neft ekvivalentində – red.) təşkil edib, bu da illik müqayisədə 3% azalma deməkdir.

Qeyd edək ki, “Equinor” Azərbaycanın neft-qaz sektorunda geniş təmsil olunur. Şirkət “Azəri-Çıraq-Günəşli” neft-qaz blokunun işlənilməsi layihəsinin iştirakçısıdır (7,27%).

Bundan əlavə, SOCAR və “Equinor” şirkətləri arasında 2018-ci ilin may ayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər