Qəzza zolağında tam 28 gündür bəşəriyyətə qarşı cinayət törədilməkdədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
Türkiyə lideri, humanitar atəşkəsin sürətli şəkildə edilməsinin vacibliyini vurğulayıb.
“Müsəlman, xristian və yəhudi olsun, onların təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərin üzərində də çalışırıq.
Beynəlxalq Sülh Konfransına zəmin hazırlamaq üçün səylərimiz davam edir”, – Ərdoğan qeyd edib.