Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə 4 sentyabrda Soçidə keçirilən danışıqların nəticələri barədə G20 sammitində danışacaq.
Bu barədə “RİA Novosti“ Türkiyədəki diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, keçirilmiş görüş zamanı əsasən, “Taxıl sazişi” ətrafındakı vəziyyət müzakirə edilib. İki ölkə liderləri həmçinin regional və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Xatırladaq ki, 18 iyuldan etibarən Rusiya “Taxıl sazişi”nə iştirakını dayandırıb, hökumət Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya lideri Vladimir Putin bunu onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, razılaşmada nəzərdə tutulan Rusiya ilə bağlı şərtlər yerinə yetirilməyib.