Vaxtilə Türkiyəyə müdafiə sənayəsi məhsulları satanlar indi bizim silahlarımızdan istəyirlər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şırnak şəhərindəki mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, bəzi güclər uzun illər Türkiyəyə bazar, Türkiyədəki insanlara isə ucuz işçi qüvvəsi kimi yanaşıblar: “İndi onlar bizim bazarımıza çevrilib. Yəni oyunu tərsinə çevirdik”.
R.T.Ərdoğan söyləyib ki, ölkə daxilindəki həmrəylik qorunarsa, Türkiyə indi sahib olduqlarından daha çoxuna sahib ola bilər.