“Tarif Şurası parlamentdən kənar büdcəyə müdaxilə edən qurumdur”.
Bunu Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən plenar iclasında deyib. Bunu BakuPost yazır.
O bildirib ki, Tarif Şurasının üzvləri nazir müavinləridir, onlar da siyasi məsuliyyət daşımır:
“Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.