26 C
Baku
Wednesday, July 2, 2025

Ermənistan ordusu Azərbaycanın Elekrtik şəbəkəsi infrastruktruna zərbə endirməyə başlayıblar

Ermənistan ordusu Qarabağda hərbi əməliyyatların başladığı ilk gündən etibarən elektrik şəbəkələrinin infrastrukturu da daxil olmaqla, Azərbaycanda dinc yaşayış yerlərinin mülki infrastrukturuna zərbələr endirməyə başlayıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən “Banker.az”a bildirilib ki, düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 330-a qədər yüksək gərginlikli ötürücü xətt, o cümlədən 270-dən çox transformator və 1200 yüksək gərginlikli dirək məhv edilmişdir.

Cəbhə xəttində gecə-gündüz çalışan ASC-nin əməkdaşları qəzanın nəticələrini sürətlə aradan qaldırırlar. Mütəmadi olaraq atəşə məruz qalan xüsusilə təhlükəli ərazilərdə işləyən işçilərə bədən zirehləri və dəbilqələri verilib.

Son xəbərlər
Digər xəbərlər