8 C
Baku
Thursday, December 12, 2024

Erməni hakerlər Azərbaycanın bir sıra xəbər saytlarına hücum edirlər

İyulun 15-də səhərdən erməni hakerlər Azərbaycanın bir sıra xəbər saytlarına – “Day.Az”, “Milli.Az”, “Trend”  və “Azernews” hücum ediblər.

“Trend” agentliyinin məlumatına görə, “ serverə kütləvi hücum artıq bir neçə saatdır ki, davam edir. Texniki xidmətlər problemin aradan qaldırılması üçün mümkün olan hər şeyi edirlər. Hazırda bəzi istifadəçilərin saytlara daxil olmasında nasazlıqlar mümkündür”, – agentliyin məlumatında bildirilir. Qeyd edək ki, səhərdən günortaya qədər göstərilən saytlara daxil olmaq mümkün olmayıb.

Bir gün öncə azərbaycanlı hakerlər Ermənistanın baş nazirinin saytına hücum edərək orada İlham Əliyevin çıxışını yerləşdiriblər.

Son xəbərlər
Digər xəbərlər