6 C
Baku
Monday, December 16, 2024

Erməni kilsəsi İsveçrə bankında hesabı olduğunu etiraf etdi

Erməni apostol kilsəsi İsveçrənin HSBC bankında hesabının olduğunu etiraf edib.
Eçmiadzinin mətbuat katibi hesabın katalikos II-ci Qareqinə sələfindən qaldığını bildirib.
Hesabda 2006-2007-ci illərdə 1 milyon ABŞ dolların olduğu qeyd olunur. “Monastır vergi ödəyicisi deyil, katalikos isə vergi məsələlərində toxunulmazlıq statusuna malikdir”, deyə mətbuat katibi qeyd edib.
Məlum olduğu kimi, jurnalist araşdırmaları beynəlxalq konsorsiumu (ICIJ) HSBC bankının Cenevrə filialının fəaliyyətini tədqiq edərkən məlum olub ki, bank narkotik və silah alverçiləri və digər cinayətkarlara gizli hesablar açırmış. Bir çox müştərilər isə vergilərdən yayınmaq məqsədilə bankın xidmətlərindən istifadə edirmiş.
APA.az

 

Son xəbərlər
Digər xəbərlər