1 C
Baku
Saturday, December 14, 2024

“Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir” – Yenilənib

Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib.

“Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq. Beləliklə, Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var”, – Simonyan deyib.

***

Bizim cəmiyyətimiz Avropa İttifaqının bir hissəsi olmağa qərar verib.

Bu barədə Latviyada səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, bir neçə gün əvvəl parlamentdə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi məsələsinin müzakirə olunduğunu xatırladıb.

“Düşünürəm ki, yaxın gələcəkdə bizdə bu referendum olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”, – Simonyan əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər