Ermənistan hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimini iyulun 13-dək uzadıb. Banker.az xəbər verir ki, bu barədə iyunun 12-də yerli “Aysor” nəşri yaşayır.
Müvafiq qərar hökumətin iclasında qəbul edilib. Xatırladaq ki, martın 16-da Ermənistanda fövqəladə vəziyyət elan edilmişdir. O vaxtdan bəri karantinin müddəti artıq üç dəfə uzadılıb. Fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu halların hələ aradan qaldırılmadığı bildirilir.
“Worldometer” beynəlxalq statistika bürosunun verdiyi məlumata görə, indiyədək Ermənistanda koronavirusa 15 min nəfər yoluxub, onlardan 258 nəfər dünyasını dəyişib, 5,6 mini isə sağalıb.