7 C
Baku
Sunday, December 15, 2024

Ermənistan parlamenti Paşinyanı baş nazir vəzifəsinə seçmədi

Ermənistan parlamenti hökumət başçısı vəzifəsini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə seçməyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qanuna görə, parlament iki dəfə baş naziri seçməsə, ölkədə parlament seçkiləri keçirilməlidir. Bu məqsədə çatmaq üçün Paşinyan 25 aprel tarixində istefa verib.

Bildirildiyi kimi, Nikol Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə 3 deputat səs verib, 75 deputat isə bitərəf qalıb. Bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan məlumat verib. Əgər ikinci səsvermə nəticəsində qərar verilməsə, parlament buraxılacaq.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyun tarixinə təyin edilib. Onların keçirilməsi barədə qərar hökumət və müxalifət arasında aparılan danışıqlar nəticəsində əldə edilib. Nikol Paşinyan bunu “mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər