Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağın müstəqilliyinin tanınması şərtini açıqlayıb.
Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyi yalnız o halda tanına bilər ki, Azərbaycan bu məsələni danışıqlar yolu ilə həll etməyəcəyini bildirsin.
“Yəni, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması, onun bu münaqişəni sülh yolu ilə həll etmək istəyi ilə bağlıdır. Bu, tuneldir”, – deyə Sarkisyan söyləyib.
Prezidentin sözlərinə görə, “bu tunelin sonunda bir işıq varsa (Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək imkanı), bir az da gözləmək olar”.
Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımayacağını bildirib. “Əgər belə bir hal baş verərsə, bu ölkə ilə bütün diplomatik əlaqələrimizi kəsəcəyik”, – deyə prezident söyləyib.