“Biz hazırda Tovuzun Mərkəzi Xəstəxanasının yanındayıq. Ermənistan Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq xəstəxananı hədəf alıb”.
Bunu açıqlamasında Ombudsman Səbinə Əliyeva bildirib. O qeyd edib ki, Ermənistan tərəfi təcavüzkar siyasətini davam etdirir:
“Həmin maddədə qeyd olunur ki, münaqişə tərəfləri heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamalıdır. Halbuki Ermənistan ordusunun atdığı mərmilərdən biri xəstəxananın yanına düşüb. Biz buna qəti etiraz edirik. Bu barədə müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.