6 C
Baku
Monday, December 16, 2024

“Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır”

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün tarixi razılaşdırılır.

Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O deyib ki, ölkəsi Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.

“Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik”, – XİN sözçüsü qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər