Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb.
“News.am” xəbər verir ki, bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.
“Vətəndaş Müqaviləsi” Partiyası 49,81% (727 160 səs), “Güclü Ermənistan” bloku 23,29% (340 062 səs), “Ermənistan” bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.
Beşinci yerdə qərarlaşan “Birlik Qanadları” partiyası 2,30% (33.618 səs) səs toplayıb.
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.
Banker.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası səslərin 50,25 faizini qazanıb.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4,2% səs toplayıb.
Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.
Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.






