Ermənistanda TRIPP üzrə tikintinin başlayacağı tarix açıqlanıb

“Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerdə tikinti başlayacaq”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada TRIPP – Tramp İnkişaf və Rifah Yolu barədə danışarkən məlumat verib.

“Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq”, – nazir bildirib.

Müxalifətin Rusiya və İranın “TRIPP”ə qarşı olduğuna inanması ilə bağlı sualı cavablandıran Mirzoyan belə cavab verib:

“Bu insanlara qulaq asmayın, yalandır. İranlı həmkarlarımız suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran nəqliyyat dəhlizlərinin açılması imkanlarını görürük”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər