Ermənistanda dekabrın 22-dən ümumrespublika tətili elan edilib. Həmin gündən ölkə ərazisində təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq.
Bu barədə jurnalistlərə “daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan məlumat verib. O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb. Bildirib ki, dekabrın 22-də saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yollar bağlanacaq.
Məlumat üçün qeyd edək ki, dekabrın 19-dan 21-dək Ermənistanda matəm elan olunub.
Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.