Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru vəzifəsini Mikael Ambarsumyan icra edəcək.
Bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.
Xatırladaq ki, MTX-nin direktoru Arqişti Kyaramyan bu gün vəzifəsindən azad edilib. O, cəmi 4 ay idi ki, bu vəzifəyə təyin edilmişdi.