5 C
Baku
Saturday, December 14, 2024

Ermənistanın müdafiə nazirinin istefası gözlənilir

Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad olunacaq.

Bunu “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, nazirin istefası məsələsi həll olunub.

Bildirilib ki, baş nazir Nikol Paşinyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı müdafiə naziri təyin edə bilər.

Qəzetin informasiyasına görə, A.Abazyan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan rəsmiləri ilə əsirlərin mübadiləsi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparıb, konstruktiv mühitin formalaşmasına kömək edib: “Bu isə Nikol Paşinyan üçün vacibdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər