9 C
Baku
Wednesday, December 25, 2024

“Ermənistanın müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib” – Paşinyan

Ermənistanın gələn il müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan, ölkəsinin hərbi büdcəsinin artırılmasından narahat olanları sakitləşməyə çağırıb.

Baş nazirin sözlərinə görə, müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib: “Bu, müharibəyə deyil, sülhə hazırlıqdır, çünki vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sülh və sabitliyin ən mühüm təminatıdır. Biz heç kimə hücum etmək niyyətində deyilik. Əminəm ki, bütün qonşu dövlətlər də bunu anlayışla qarşılayır”.

Ermənistan hökumətinin başçısı, gələn il müdafiə xərclərinin 2018-ci ilə nisbətən iki dəfə artacağını müharibəyə yox, sülhə hazırlıq adlandırıb: “İstənilən suveren dövlətin öz ordusunu gücləndirmək hüququndan başqa, həm də öhdəliyi var”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər