“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə daxil deyil”.
Bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev jurnalistlərin “KTMT Ermənistana Azərbaycanla münaqişədə daha fəal və hərbi yardım göstərə bilərmi?” sualını cavablandırarkən deyib.
O bildirib ki, KTMT proseslərin nizamlanmasını ən səmimi şəkildə istəyir: “Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, – K.Kosaçev vurğulayıb.