İran İslam Respublikasının milli valyutası rial (tümən) Suriyada Bəşər Əl Əsədin çöküşü xəbəri ardından qara bazardakı devalvasiyasını daha da kəskinləşdirib, yeni tarixi antirekord səviyyəyə baş vurub.
Banker.az bu ölkənin qara bazarlarında fəaliyyətdə olan teleqram kanallarına istinadən xəbər verir ki, 1 ABŞ dollarının satış qiyməti Bakı vaxtı ilə 13:20 radələrində 722 000 rial təşkil edib. Hətta bəzi yerlərdə milli pul dollara nisbətdə 760 000 tümənə yüksəlib.
(1 tümən= 100 rial)
Təkcə İranın dəstəklədiyi Əsədin çöküşündən sonra 1% dəyər itirməsi deməkdir. Həmçinin bu qara bazarda son 3 həftədə ən sürətli enişdir.
İranın milli pulu Donald Trampın ABŞ prezidentliyini yenidən qazandığını elan etməsi xəbərindən sonra isə təqribən 4%, ilin əvvəli ilə müqayisədə isə 40% üzrərində dəyər itkisi ilə üzləşib.
Yaxın Şərqdə davam edən müharibələr fonunda Tehran üçün yeni çətinliklərin yaranacağından xəbər verir.
İran Mərkəzi Bankı keçmişdə bazara daha çox xarici valyuta çıxararaq məzənnəni stabilləşdirməyə cəhd göstərmişdi və bu müvəqqəti də olsa tüməni dəyərdə saxlaya bilmişdi.
2015-ci ildə İranın dünya gücləri ilə nüvə razılaşması imzalandığı vaxtda rialın məzənnəsi 1 dollar üçün 32 000 rial idi. İyulun 30-da, İranın islahatçı prezidenti Məsud Pəzeşkian and içib vəzifəyə başladığı gün isə bu göstərici 1 dollar üçün 584 000 rial idi.