Xocalı rayonunda yerləşən Əsgəran yaşayış məntəqəsi ərazisində yeni 35 kV-luq “Əsgəran” yarımstansiyasının tikintisinə başlanılacaq.
Bununla bağlı “Azərişıq” ASC hazırlıqlara başlayıb.
Məlumata görə, tikinti işləri yekunlaşdıqdan sonra yarımstansiya şəbəkə ilə əlaqələndiriləcək. İşlərin ümumi dəyəri 4,864 milyon manat həcmində qiymətləndirilir.