Estoniya rus dilində təhsili ləğv etdiyini təsdiqləyib.
Bu barədə RİA “Novosti” xəbər verib.
Məlumata görə, Estoniya prezidenti Kersti Kalyulayd bildirib ki, ölkədəki rusdilli məktəblərin eston dilində təhsil vermələri məsələsi çoxdan həll olunub.
“Bz faktiki olaraq bu barədə qərarı qəbul etdik. Hərçənd, onun haqda danışmırdılar, çünki Estoniyada rus məktəbləri üçün müəllimlər hazırlanmır”, – deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, qeyri-millətlərdən olan şagirlərə seçim verilmir.
Estoniya rəhbərinin sözlərinə görə, şagirdlər eston dilli məktəblərdə təhsil alacaqlar. Kalyulayd deyib ki, belə tədbirlər uşaqlara özlərini digər şagirdlərlə bərabər hiss etmələri üçün lazımdır.
Daha əvvəl Estoniya Prokurorluğu “Danske Bank”ın yerli şöbəsi vasitəsilə pulların yuyulmasında şübhəli bilinən 10 nəfəri saxlayıb.
Report