17 C
Baku
Friday, April 19, 2024

Estoniyada yeni prezident seçilib

Deputatlar Estoniya Milli Muzeyinin direktoru Alar Karisi ölkənin yeni prezidenti seçiblər.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

Karis ikinci tura çıxan yeganə namizəd olub. 80 nəfərdən 72-si onun lehinə səs verib, 8 bülleten doldurulmayıb.

Seçkilərdə qalib gəlmək üçün azı 68 deputatın səsi tələb olunur. Birinci turda qələbə qazanmaq üçün Karisin cəmi 5 səsi çatmayıb.

Qeyd edək ki, Estoniyada ölkə başçısının səlahiyyət müddəti 5 ildir. Bir şəxsin ardıcıl 2 dəfə prezident seçilmək hüququ var.

Son xəbərlər
Digər xəbərlər