16 C
Baku
Friday, April 19, 2024

“Ethereum” İlon Maskın açıqlaması fonunda 12% bahalaşıb

“Ethereum”un dəyəri İlon Maskın bu kriptovalyutaya sahib olması açıqlaması fonunda 12% artaraq maksimum səviyyəyə çatıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Binance” kriptobirjasına əsasən, dünən Bakı vaxtı ilə saat 23:25-də “Ethereum”un qiyməti 9.68% artıb və 1 962 dollar təşkil edib.

indir 20

Ethereum

Mask çıxışında ətraf mühit üçün potensial risklərə baxmayaraq, kriptovalyutaları dəstəklədiyini bildirib. O, bitkoin mayninqində ətraf mühitə çox da lazım olmayan enerjindən istifadə etməyə çağırıb.

İş adamı həmçinin “Ethereum” və “Dogecoin” kriptovalyutalara sahib olduğunu etiraf edib. Onun sözlərinə görə, hazırda “Tesla” da, “SpaceX” da bitkoinlərə sahibdir.

Son xəbərlər
Digər xəbərlər