9 C
Baku
Thursday, December 12, 2024

Etibar Əliyev “Bank Technique” yə qaytarılır

O, bu gündən etibarən işə başlayacaq.

Banker.azın musavat-a istinadən verdiyi məlumata əsasən, Etibar Əliyev əvvəllər rəhbəri olduğu “Bank Technique”yə yenidən rəhbər gətirilib. O, bu gündən, oktyabrın 27-dən etibarən işə başlayacaq. O  bu gün Milli Bankın rəhbəri Elman Rüstəmovla görüşüb. Bundan sonra o, “Bank Technique”nin mərkəzi ofisinə gedib. Bankda toplantı keçirilib və E. Əliyev Bank Technique-nin Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

“Qafqazinfo”ya açıqlamasında E. Əliyev fakı təsdiq edib. O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E. Əliyev yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, bir neçə il əvvəl E. Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək “Bank Technique” adlandırılmışdı. C. Hacıyein qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.