15 C
Baku
Friday, March 29, 2024

Etibarlı bankı necə seçmək olar?

Bank müəssisələri yeni müştərilər cəlb etmək üçün yeni məhsullar üzərində işləyirlər, əlavə xidmətlər təklif edirlər, kreditlərin verilməsi şərtlərini təkmilləşdirirlər. Lakin bu əmanətçilərin vəsaitlərinin təhlükəsizliyini təmin etmir. Buna görə bir çox müştərilər ilk növbədə bankın etibarlılığına önəm verirlər. 

Bəs maliyyə müəssisəni seçdiyimiz zaman bu göstəricini necə qiymətləndirə bilərik?

İlk növbədə, bankın bank yatırımları Fondunun iştirakçısı olub olmamağı ilə maraqlanın. Bu proqram avtomatik depozitlərin sığortalanmasını təmin edir.

Maliyyə təşkilatının rəhbərinin kim olduğunu öyrənin.

Ən etibarlı dövlət institutları və böyük sənaye və yaxud beynəlxalq maliyyə qruplarının tərkibinə daxil olan banklardırlar.

Bank müəssisəsinə yatırım etməmişdən öncə onun maliyyə hesabatlarını diqqətlə araşdırın.
İlk növbədə likvidliyə, gəlirlərin göstəricisinə, kapitalın həcminə, aktivlərin dinamikasəna, depozit və kredit portfeli dəyərlərinə diqqət yetirin. Qeyd etdiyimiz göstəricilər rəsmi mənbələrdə dərc olunurlar və bank şöbələrində müştərilərin xahişi ilə təqdim olunurlar.

  • Bankın likvidliyi onun vaxtında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini xarakterizə edir.
  • Gəlirlərin göstəricisi və yaxud mənfəət. Kommersiya banklarının əsas məqsədi gəlir əldə etməkdir.
  • Davamlı olaraq gəlirlərin azalması kapitalın azalmasına səbəb olur, müəssisənin pul ödəmək qabiliyyətini və maliyyə sabitliyini təhlükə altına qoyur.
  • Kapitalın həcmi bankın yaranan itkiləri öz vəsaitləri sayəsində təzminat etmək bacarığı hesab edilir. Bu göstərici şəxsi kapitalın birgə aktivlərə nisbəti kimi qiymətləndirir. Həmçinin risk dərəcəsi də hesablanır.
  • Aktivlərin, depozit və kredit portfellərin dinamiki. Bu göstəricilərin hiss olunan dəyişiklikləri biznesin satılmağa hazırlandığını, fəaliyyətin istiqamətini dəyişdirilməsini, müvəqqəti maliyyə çətinlikləri və hətta qəsdən iflas olmağı göstərə bilərlər.

Sizə təqdim olunan xidmətlərin yatırımlar üzrə bazar dəyərini qiymətləndirin. Çox yüksək faiz dərəcələri azad pul vəsaitlərin çatışmamazlığını göstərə bilər.

Həmçinin beynəlxalq agentliklərin reytinqlərinə də göz gəzdirin. Məsələn, Fitch, Moody’s və Standard and Poor’s. Bu təşkilatlar mövcud vəziyyəti və bank müəssisələrinin gələcək inkişaf perspektivlərini qiymətləndirirlər.

Son xəbərlər
Digər xəbərlər