SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun modernizasiyası bu ilin III rübündə tam başa çatdırılacaq.
Bu barədə jurnalistlərə “Etilen-Polietilen” zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev bildirib.
Onun sözlərinə görə, zavodda modernizasiyanın aktiv fazasına 2017-ci ildə başlanılıb.
“Modernizasiya çərçivəsində işlərinin 94%-i başa çatdırılıb. Artıq ilkin sazlama işlərinə başlanılıb”, – deyə Q. Əliyev qeyd edib.
Qeyd edək ki, “Etilen-Polietilen” zavodu 1989-cu ildən fəaliyyətdədir. Zavodun modernizasiyasının baş podradçısı “Technip” şirkətidir.
©APA