13 C
Baku
Monday, May 6, 2024

EUR/GBP valyuta cütlüyünün xüsusiyyətləri

EUR/GBP (avro – Britaniya funt sterlinqi) – hər iki valyutanın dollara olan məzənnəsi əsasında formalaşan kross-məzənnədir.

Bu valyuta cütlüyünün xüsusiyyətləri ondan ibarətdir ki, hər iki valyuta Avropa regionunun valyutasıdır və ABŞ dollarının əsas rəqibləridir. Onların USD-ə nisbətdə dinamikası oxşardır, buna görə də EUR/GBP cütlüyünün məzənnəsindəki tərəddüdlər nisbətən kiçikdir. Hərdən EUR/GBP cütlüyünü ən sakit cütlük adlandırırlar. Həqiqətən də, EUR/GBP cütlüyündə baş verən həftəlik enib-qalxmalar 50 punktu keçmir, bu isə digər dəyişkən cütlüklərin oxşar göstəricisindən dəfələrlə aşağıdır. Qısası, bu cütlükdə kotirovka olunan məzənnə qismində kifayət qədər bahalı valyuta olan Britaniya funt sterlinqi çıxış edir, funtun bir punktunun qiymətinin yüksək olması cütlüyünün aşağı dəyişkənlik səviyyəsini nisbətən kompensasiya edir.

2008-ci ilin əvvəllərində cütlük daxilində çox fəal öküz trendi formalaşdı, nəticədə ilin sonunda bir avro 0,98 funta – demək olar ki, valyutalar arası paritetə bərabər oldu. Lakin maliyyə-iqtisadi böhranının inkişaf etməsi bu tendensiyanı dayandırdı: cütlük daxilində ayı trendi formalaşmağa başladı.
Bu cütlük üzrə proqnozları tərtib edərkən fundamental amilləri – Britaniya və Avrozona arasındakı faiz fərqi, eləcə də hər iki Avropa regionunun siyasi və iqtisadi xəbərlərini nəzərə almaq lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər