-1 C
Baku
Saturday, December 14, 2024

“EuroHome”dakı yanğının söndürülməsində su problemi yaşanıb

“EuroHome”da baş verən yanğının qarşısını almaq üçün 150 tona yaxın su bir təyyarə və üç helikopter tərəfindən əraziyə tökülüb.

Bunu Fövqəladə Hallar Nazirliyinin nazir müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, iki saat yarıma qədər davam edən yanğının söndürülməsində su problemi yaşanıb:“Mənə verilən məlumata görə, yanğın yerində FHN-nin 40-dan artıq texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olub.

İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğının səbəbləri araşdırılır. Daha ətraflı məlumatlar veriləcək”.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər