9 C
Baku
Thursday, December 12, 2024

Ev almağa tələsməyin – Ekspert rəyi

Daşınmaz əmlak bazarındakı vəziyyət əvvəlki dövrlərdəki kimi makroiqtisadi vəziyyətin təsiri altındadır.

Banker.azın Publika.aza istinadən verdiyi məlumatda, ekspert Rəşad Əliyev bu sözləri deyib.

Mütəxəssis qeyd edib ki, bazardakı qiymətlərə dəstək göstərən, yəni qiymətlərin enməsinə mane olan  amillər ortadan çıxmağa başlayıb: “Bu cür amillərdən ən əsası vəsaitlərin bank sektoruna deyil, daşınmaz əmlak bazarına yatırılması idi. Artıq bu amil bazara təsir edə bilmir. Digər tərəfdən neftin qiymətinin aşağı həddə qalması, bazarda olan mənfi gözləntilərdə öz rolunu oynayır”.

Ekspert ipoteka kreditləri ilə bağlı gözlənilən yeniliklərə də toxunub. Bildirib ki, ipoteka kreditləşməsi ilə bağlı addımlar gələn ilə qalıb: “Buna görə də bazarda qiymət enməsinə mane olan və ya onu ləngidən amil artıq qalmayıb. Bu şəraitdə isə qiymət enməsinin davam etməsi normal haldır. Bu proses hazırda da davam edir, söhbət ancaq ondan gedir ki, nə vaxtadək davam edəcək”.

FES-in qərarından sonra neftin qiymətində gözlənilən düşüşün daşınmaz əmlak bazarına necə təsir edəcəyinə gəlincə, Rəşad Əliyev deyir ki, neftin qiymətinin iqtisadiyyata təsiri çox böyükdür: “İqtisadi şərait  birbaşa olaraq daşınmaz əmlak bazarına təsir edir. Ancaq nəzərə almaq lazımdır ki, hazırda neft bazarına təsir edən digər amillər də var ki, onlar neftin qiymətinə neqativ təsir göstərir. Başlıca problemlərdən biri isə bazarda təklif həcminin tələbatı üstələməsidir”.

Son xəbərlər
Digər xəbərlər