22 C
Baku
Thursday, April 18, 2024

Evdə hazırlanan şərabın satışına aksiz tələb olunurmu?

Heç bir qatqı (spirt və ya etil spriti və digər qatqılar) maddəsi olmadan üzümdən evdə hazırlanan şərabın satışı üçün lisenziya və aksiz markası tələb olunurmu?

Dövlət Vergi Xidmətindən bİldirilib ki, spirtli içkilərin bütün növləri aksizli mallara aid edilir və Azərbaycan Respublikasında istehsal olunan aksizli mallara Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aksiz dərəcələri tətbiq olunur.

Əlavə olaraq bildiririk ki, spirtli içkilərin satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına aid edilməmişdir.

Sorğunuzda qeyd olunan məhsulun fiziki-kimyəvi tərkibinin müəyyən edilməsi və qida təhlükəsizliyi normalarına uyğun olub-olmaması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 190-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsi”.

Son xəbərlər
Digər xəbərlər