5 C
Baku
Friday, February 23, 2024

Evini satan şəxs nə qədər vergi ödəməlidir?

Bakı şəhərində yaşayıram. Evimi satmaq istəyirəm. Evimi satan zaman vergi ödəməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini və mülkiyyətində olan torpaq sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci, 218.4-cü, 218-1-ci və 220.8-ci maddələri

Son xəbərlər
Digər xəbərlər