6 C
Baku
Sunday, December 15, 2024

“Evrascon” şirkətinin rəhbərliyi dəyişdirilir

26 iyun 2022-ci il tarixdə sааt 11:00-dа Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin 2021-ci il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;

2. Cəmiyyətin 2021-ci ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi haqqında;

3. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin seçilməsi;

4. Cəmiyyətin Direktorlar Şurasının sədrinin seçilməsi;

5. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin seçilməsi;

6. 2021-ci il üzrə dividendlərin hesablanması haqqında.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Ünvan: AZ 1006, Bakı şəhəri Yasamal rayonu, Q.Xəlilov 8 (Nərimanov heykəlinin arxası)

Xatırladaq ki, “Evrascon” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.

Son xəbərlər
Digər xəbərlər