13 C
Baku
Saturday, November 23, 2024

Excel-də şəxsi büdcəni necə nəzarətdə saxlamaq olar?

Hər maaş aldıqdan sonra 1 həftəlik zaman dilimi bir çoxumuz üçün maaşı bitirmək üçün yetərli olur. Ayın bitməsinə 3 həftə qalmasına baxmayaraq maaş hesabımızda heç nə qalmadığını görürük. Tanış gəlirmi? O zaman az sonra yazacaqlarımı həyata keçirməyə çalışın, hər şeyin necə nəzarətdə qalacağına təəccüb edəcəksiniz. Bunun üçün ilk addım olaraq aşağıdakı linkdəki faylı endirin.

Personal Budget

Faylın necə hazırlanmış olduğundan daha çox, faylın nəyə xidmət etdiyi və işləyiş mexanizmi üzərində fikirləri cəmləmək istəyirəm.

Gördüyünüz kimi faylda 3 sheet var: Dashboard, InputCalculations. Qəribə səslənə bilər, amma tək dəyişiklik edəcəyiniz sheet Input sheet-i olacaqdır. Digər sheet-lər ancaq hesablama və hesabatlıq üçündür.

personal-budget-1

Input sheet-inin strukturuna nəzər yetirək. Əvvəla, əsas məsələ sağdakı cədvəli doldurmaqdır.

personal-budget-2

Kateqoriya olaraq adlandırdığımız – bizim normal həyatımızda çəkəcəyimiz xərc kateqoriyalarıdır. Məsələn, gün ərzində etmiş olduğunuz bütün xərc kateqoriyalarını düşünün. Hər kəsdə bu, fərqli-fərqlidir. Bu sütuna məhz o kateqoriyalar əlavə edilməlidir. Mən bura şərti olaraq, kitab və jurnallar, avtoservis, kommunal xərclər kimi maddələr əlavə etmişəm, lakin siz, bunu özünüzə uyğun dəyişin. Və unutmayın, yalnız və yalnız K sütununu dəyişdirmək lazımdır, digər sütunlarda formullar var, onlar avtomatik qaydada yenilənəcək.

Ümumi xərc kateqoriyaları müəyyən edildikdən sonra, sıra gündəlik xərclərin qeydiyyatına gəlir. Bəli, əfsuslar olsun ki, gündəlik olaraq çəkdiyiniz xərclərin həm kateqoriyasını, həm də məbləğini yadınızda saxlamağınız gərəkəcək. Məsələn, hansısa kafedə 5 AZN ödəmisiniz, 12 AZN-lik sinema bileti almısınız, və s. və i.a.

Bütün bunların aşağıdakı formada qeydiyyatını aparmalısınız.

personal-budget-3

Date – Əvvəla, xərciniz hansı tarixdə olub onu bilməlisiniz, çünki az sonra görəcəyimiz üzrə, aylar üzrə hesabat avtomatik formalaşanda, sizin girmiş olduğunuz tarixlər əvəzsiz rol oynayacaq.

Category – Bu, xərc maddələridir. Az öncə müəyyən etdiyimiz, cədvələ daxil etdiyimiz xərc maddələri. Gördüyünüz kimi, asanlıq olsun deyə, burda drop-down list olaraq bütün xərc siyahısı gəlir.

Amount – Çəkdiyiniz xərcin məbləği

Description – Əlavə məlumat olaraq istədiyiniz açıqlama xarakterli mətn daxil edə bilərsiniz.

Not envisaged – Bu sütunda gördüyünüz kimi, “x” işarələri var. “x” işarəsi qoyduğunuz hər bir xərc maddəsi heç gözləmədiyiniz, normalda nadir rastlaşacağınız xərclərə qoyulur. Bunun nə işə yaradığına az sonra toxunacağam.

Bütün bu məlumatlar (əsasən, tarix, kateqoriya və məbləğ) düzgün daxil edildikdən sonra, az öncə dediyim kimi aylıq hesabat avtomatik formalaşdırılmış olur. Bunun üçün Dashboardsheet-inə getməyiniz kifayətdir.

personal-budget-4

Hesabatımız artıq hazırdır. Ən sağda üstdə ayları dəyişərək, hər ay üçün olan rəqəmləri görə biləcəksiniz. Gəlin bu dashboard-ın nələrdən ibarət olduğuna qısaca baxaq.

  1. Əvvəla, solda üstdə o ay üçün indiyə qədər xərclədiyiniz ümumi məbləğ yer alır. (1,841 AZN)
  2. Daha sonra, o ay üçün nəzərdə tutulmayan xərclərin cəmi var. “x” işarələrini xatırlayın. (893 AZN)
  3. Bu iki məbləğin sağında o ay üçün ən yüksək 5 xərc kateqoriyası və onların o ayın xərclərinə nisbəti göstərilir. Beləcə, ən çox nəyə xərcləmiş olduğunuzu anında öyrənmiş olursunuz.
  4. Monthly trend hissəsi, bu hesabata başladığınız tarixdən bu günə qədərki ayların cəmlərini qrafik şəklində göstərir.
  5. Və ən sonda seçmiş olduğunuz ay üzrə ən yüksək 10 kateqoriya haqqında məlumat.

Bu qədər. Ümid edirəm ki, bu və ya buna bənzər sistemlərdən istifadə edərək, öz şəxsi maliyyənizi səhmana salacaq, nələrə çox xərclədiyinizi analiz etmə imkanına sahib olacaqsınız.

Mənbə: http://excelchin.wordpress.com/

Son xəbərlər
Digər xəbərlər